Favoritlər itkisiz irəliləyirlər

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının III turunun oyunları keçirilib. İdman.com.az saytı xəbər verir ki, hesabat turunda sensasiya qeydə alınmayıb və favoritlər növbəti qələbələrini qazanıblar. Ölkə çempionatının lideri “Bakı” ardıcıl 3-cü dəfə sevinən tərəf olub. Onlar kimi “Lokomotiv” də asan qələbəyə sevinib. Azərbaycanın, eləcə də dünyanın ən güclü komandası olan “Rabitə” isə nisbətən çətin rəqiblə mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, bütün görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil edilib.

III tur
15:00. “Bakı” – “Azəryolservis” - 3:0 (25:14, 25:20, 25613)
Hakimlər: Ceyhun İsmayılov, Konstantin Selin

17:00. “Lokomotiv” – “Lokomotiv Biləcəri” - 3:0 (25:9, 25:11, 25:17)
Hakimlər: Fuad Ağayev, Rüstəm Cəfərov

19:00. “İqtisadçı” – “Rabitə” - 1:3 (12:25, 25:17, 23:25, 18:25)
Hakimlər: Vüqar Cəfərov, Eldar Zülfüqarov


O Q M S T X

1.«Bakı» 3 3 0 9-0 229:177 6
2.«Rabitə» 2 2 0 6-1 167:121 4
3.«Azərreyl» 1 1 0 3-1 94:78 2
4.«İqtisadçı» 3 1 2 4-7 240:266 2
5.«Lokomotiv» 2 1 1 3-3 138:112 2
6.«Lokomotiv Biləcəri» 2 0 2 0-6 80:150 0
7.«Azəryolservis» 3 0 3 2-9 220:264 0

Xəbər 991 dəfə oxundu.