"Barselona" "Bavariya"nın futbolçusunu istəyir
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Barselona" klubu növbəti hədəfini açıqlayıb.

Kataloniya təmsilçisi "Bavariya"nın müdafiəçisi Jerom Boatenqə "elçi" düşüb.

"Valensiya"dan 20 milyon avro qarşılığında Jeremi Matyeni transfer edən "Barselona" Boatenqlə müdafiə xəttini daha da gücləndirmək istəyir. Lakin Almaniya millisinin heyətində "DÇ-2014"ün qalibi olan qana əsilli futbolçunun təzminat qiymətinin 39 milyon avroya yüksəldilməsi "Barsa"nın işini çətinləşdirib.

Qeyd edək ki, 2011-ci ildə "Mançester Siti"dən "Bavariya"ya transfer olunan 25 yaşlı futbolçu keçirdiyi 131 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 869 dəfə oxundu.