İbrahimoviç: "PSJ-nin di Mariyaya ehtiyacı yoxdur"
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

TMW-yə danışan isveçli forvard komandasının Madrid "Real"ının yarımmüdafiəçisi Anxel di Mariyaya ehtiyacı olmadığını bildirib:

"Di Mariyanın transferini anlamıram. Komandada əla futbolçular toplanıb. Məhz bu komanda ötən mövsüm üç titul qazanıb. Bu baxımdan PSJ-nin di Mariyaya ehtiyacı olmadığını düşünürəm".

Xəbər 890 dəfə oxundu.