Miranda "Atletiko"da qaldı
Juan Miranda yeni mövsümdə də "Atletiko" (Madrid) klubunda oynayacaq.

Bu barədə məlumatı "Marca" qəzeti yazıb.

Futbolçu ilə maraqlanan "Barselona", "Mançester Yunayted" və "Çelsi" klubları Mirandanın təzminat qiyməti olan 30 milyon avro ödəməyə müsbət yanaşmayıblar. Bu səbəbdən o, növbəti mövsümdə də "Atletiko"da çıxış edəcək.

Qeyd edək ki, J.Miranda 2011-ci ildən Madrid təmsilçisinin şərəfini qoruyur.

Xəbər 842 dəfə oxundu.