Del Pyero: "Karyeram başa çatmayıb"
"Sidney" klubunun futbolçusu Alessandro del Pyero gələcək karyerası haqda danışıb.

39 yaşlı italiyalı futbolçu "Sky Sport İtalia"ya açıqlamasında karyerasının hələ başa çatmadığını bildirib:

"Karyeramın başa çatdığını düşünmürəm. Bir mövsüm daha oynamaq imkanım var. Bu mənim məqsədimdir".

Qeyd edək ki, 2012-ci ildə "Yuventus"dan "Sidney"ə transfer olunan del Pyero Avstraliya klubunun heyətində keçirdiyi 48 oyunda 24 qol vurub.

Xəbər 806 dəfə oxundu.