Nəsri Fransa millisindəki karyerasını başa vurur
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Samir Nəsri Fransa milli komandasındakı karyerasını başa vurub.

27 yaşlı futbolçu bununla bağlı qərarını yaxın günlərdə açıqlayacağını bildirib:

"Bir qərar verdim və zamanı gəlincə bunu açıqlayacam. Bu "tvitter"dən açıqlanacaq qədər asan qərar deyil. "Avro-2012"də çox şey oldu. Bunlar şəxsən mənə təsir etmir. Ancaq Fransada yaşayan ailəm mətbuatda yazılanları oxuyur. Onlar üçün çox çətindir. Ailəmi xoşbəxt etmək istəyirəm və Fransa millisində oynamaqdan məmnun deyiləm. Yığma komanda ilə heç bir uğur qazanmadım. Ona görə də belə bir qərar vermək mənim üçün çətin deyil. Böyük bir klubda oynayıram və qarşımda çox oyunlar olduğu üçün Fransa yığmasındakı karyeramı başa vurmaq mənə asan olacaq".

Qeyd edək ki, "DÇ-2010"da Fransa millisinə çağırılmayan Nəsri Braziliyada keçirilən son dünya çempionatına da aparılmamışdı.

Xəbər 783 dəfə oxundu.