“Emirates” kubokunun sahibi bəlli oldu
İngiltərənin paytaxtı London şəhərində təşkil olunan “Emirates” kubokunun sahibi bəlli olub.

Həlledici görüşdə “Benfika” ilə qarşılaşan “Valensiya” 3:1 hesabı ilə qalib gələrək xalını doqquza çatdırıb və kuboka sahib olub.

Meydan sahibi “Arsenal” səkkiz xalla ikinci, “Monako” yeddi xalla üçüncü, “Benfika” isə iki xalla sonuncu olub.

Xəbər 827 dəfə oxundu.