Dieqo Lopez "Real"dan gedir
Dieqo Lopez "Real"dan ayrılmağa hazırlaşır.

"AS" qəzeti yazıb ki, Madrid təmsilçisinin dünən Keylor Navası transfer etməsi ilə ispan qolkiperin klubdan ayrılacağı dəqiqləşib.

D.Lopezin yeni klubunun isə "Monako" olacağı iddia edilib. Oyunçunun Fransa təmsilçisi ilə razılığa gəldiyi və yaxın günlərdə rəsmi müqavilə imzalayacağı bildirilib.

Xəbər 852 dəfə oxundu.