Bakı İnterinin keçmiş futbolçusu vəfat etdi
Bu gün 42 yaşında keçmiş futbolçu Valentin Belkeviç vəfat edib.
Ölümün səbəbi qan-damar sistemindəki tromb olub.

Belkeviç futbolçu kimi Minsk Dinamosu (1991-1996), Kiyev Dinamosu (1996-2007) və Bakı İnterinin (2008-2009) şərəfini qoruyub. O , 7 dəfə Ukrayna və 4 dəfə də Belarus çempionudur.

Karyerasını bitirdikdən sonra Belkeviç Kiyev Dinamosunda işləyirdi və əvəzedicilər komandasını çalışdırırdı.

Xəbər 825 dəfə oxundu.