"Qəbələ" "Qaradağ-Lökbatan"la qarşılaşacaq | |
Hollandiya toplanışının ardından paytaxtda bir araya gələn "Qəbələ" "Bakı" klubunun təlim-məşq bazasında növbəti mövsümün hazırlıqlarını davam etdirir. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Premyer Liqanın startı öncəsi yoxlama matçında qüvvəsini sınayacaq. Sabah keçirilməsi planlaşdırılan qarşılaşmada "qırmızı-qaralar" I divizion təmsilçisi "Qaradağ-Lökbatan"la üz-üzə gələcək. Matç "Bakı" klubunun təlim-məşq bazasında saat 18:00-da start götürəcək. Komanda Bakıda son məşqinə bu gün saat 19:00-da çıxacaq. "Qırmızı-qaralar" avqustun 3-də Qəbələyə yollanacaqlar. |
|
Xəbər 808 dəfə oxundu. |
|
|