Dzeko "Mançester Siti" ilə müqavilə yeniləyir
"Mançester Siti" klubunun hücumçusu Edin Dzeko komandasıyla müqavilə yeniləyəcək.

Bosniyalı futbolçu "şəhərlilər"lə müqavilənin müddətini 2018-ci ilə qədər uzadacaq.

Yeni müqaviləyə əsasən həftəlik 189 min avro qazanacaq Dzeko "Mançester Siti"də xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, "Mançester Siti" daha öncə Aleksandr Kolarov və Samir Nəsri ilə müqavilə yeniləmişdi.

Xəbər 906 dəfə oxundu.