"Neftçi" Kanalesi geri qaytara bilər
"Nefçi" klubu sabiq hücumçusu Nikolas Kanalesi yenidən komandaya qaytarmaq istəyir.

Bu barədə komandanın baş məşqçisi Böyükağa Hacıyev "Çixura" ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib:

"Biz müəyyən hücumçularla danışıq aparırırıq. Bunların arasında Kanales də var. "Çixura" səddini keçsək, mütləq bizə yeni hücumçu lazım olacaq. Ola bilsin ki, Kanalesi də geri qaytardıq".

Qeyd edək ki, 2012/2013 mövsümündə "Neftçi"də çıxış edən çilili forvard meydana çıxdığı 31 oyunda 24 qol vurub.

Xəbər 814 dəfə oxundu.