Fernando Torres "Atletiko"ya qayıdır?
"Çelsi" klubunun hücumçusu Fernando Torres komandadan ayrıla bilər.

İspaniyalı futbolçu ilə sabiq komandası "Atletiko" (Madrid) və "Monako" klubları yaxından maraqlanır.

Fransa təmsilçisi 30 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır. Lakin "Çelsi" rəhbərliyi hələlik bu təklifə münasibət bildirməyib. Torresin yeni mövsümdən "Atletiko"da oynayacağı istisna edilmir.

Qeyd edək ki, 2001-2007-ci illərdə "Atletiko" (Madrid) klubunda çıxış edən Torres daha sonra "Liverpul"a transfer olunmuşdu.

Xəbər 1004 dəfə oxundu.