Ronaldinyo: "Karyeramı bitirməyi düşünmürəm"
"Atletiko Mineyro" klubundan ayrılan Ronaldinyo gələcək karyerası haqda danışıb.

34 yaşlı futbolçu karyerasını başa vurmaq haqda düşünmədiyini bildirib:

"Hələ ki, karyeramı bitirmək haqda düşünmürəm. Hazırda menecerim klublarla danışıqları davam etdirir. Növbəti həftədən gələcək karyeram haqda düşünəcəm. Telefonlarıma gələn zənglərin ardı-arası kəsilmir. Ancaq bir qədər istirahət etmək istəyirəm".

Xəbər 864 dəfə oxundu.