"Monako"dan "Şaxtyor"a 65 milyon avro
Xames Rodriqesi 80 milyon avro qarşılığında Madrid "Real"ına satan "Monako" klubu heyətini gücləndirmək niyyətindədir.

Fransa təmsilçisi "Şaxtyor" (Donetsk, Ukrayna) klubunun iki futbolçusunu - Duqlas Kosta və Aleks Teyxeyranı transfer etməyi planlaşdırır.

"Monako" hər iki futbolçu üçün 65 milyon avro xərcləməyə hazırdır. Ukraynada münaqişəli vəziyyətin olması səbəbindən hər iki futbolçunun "Şaxtyor"dan ayrılmaq istədiyi bildirilir.

Xəbər 810 dəfə oxundu.