“Qarabağ” UEFA-nın manşetində
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qələbəsinə yüksək qiymət verib.

Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi Avropanın ali futbol qurumunun rəsmi saytında baş xəbər kimi verilib. Yazıda “Qarabağ”ın, eləcə də dünən ÇL-in üçüncü təsnifat mərhələsində öz meydanında Rusiya “Zenit”ini 1:0 hesabı ilə məğlub edən Kipr AEL-inin qələbələri gecənin sürpriz nəticələri kimi dəyələrləndirilib.

Bundan başqa, “Qarabağ” – “Zalsburq” oyununa ayrıca yazı da həsr edilib. Yazıda Qurban Qurbanovun komandasının Avstriya təmsilçisinə şok yaşatdığı bildirilib.

Xəbər 1025 dəfə oxundu.