Rafael Əmirbəyov “Bakı”nın məşqçisi oldu

Futbolçu karyerasını bitirən Rafael Əmirbəyov “Bakı” komandasından ayrılmayacaq. Sabiq müdafiəçi bu klubda məşqçi kimi fəaliyyətini davam etdirəcək. Uzun illər “göy-ağlar”ın formasını geyinmiş futbolçu qarşıdakı illərdə gənclərə futbolun sirlərini öyrədəcək, yeni futbolçu nəslinin yetişdirilməsində iştirak edəcək; bilik, bacarıq və təcrübəsini onlarla bölüşəcək.

Xəbər 1238 dəfə oxundu.