"Simurq" milli komandamızın üzvünü transfer etdi
Azərbaycan milli komandasının futbolçusu Əli Gökdəmir Zaqatalanın “Simurq” klubuna keçib. 23 yaşlı müdafiəçi 2010-cu ildən Almaniyanın “Hannover” klubunda çıxış edib. Sonra milliləşən legioner son yarım ili Türkiyənin “Elazığspor” klubunda oynayıb və cəmi 3 oyuna çıxıb. Gökdəmirlə 2 illik müqavilə imzalanıb.

Xəbər 832 dəfə oxundu.