Gənc cüdoçularımız Çexiyada 4 medal qazandı
Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub. Yarışa 11 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.

Belə ki, həmyerlilərimizdən Davud Məmmədovla (60 kq) Hüseyn Rəhimli (73 kq) çempion adına layiq görülüblər. Yalnız finalda komanda yoldaşına uduzan Fəqan Quluzadə (73 kq) ikinci yeri tutub. Onlardan fərqli, Firudin Dadaşov (90 kq) bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yığmamız komanda hesabında (36 ölkə) 3-cü yeri tutub. Onlar Braziliya (5-2-4) və Ukraynadan (3-0-1) geri qalıblar.

Xəbər 1174 dəfə oxundu.