Simeone "Mançester Yunayted"in hücumçusunu istəyir
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone yeni transfer hədəfini açıqlayıb.

Argentinalı mütəxəssis "Mançester Yunayted"in hücumçusu Xavyer Hernandezi komandaya cəlb etmək istəyir.

Madrid təmsilçisi bu transfer üçün qarşı tərəfə 15 milyon avro təklif edib. Lakin "Çiçarito" ləqəbli futbolçu ilə "Arsenal" və "Nyukasl" klubları da yaxından maraqlanır. Bununla belə, meksikalı futbolçunun La Liqada oynamaq istədiyi bildirilir.

Qeyd edək ki, 2010-cu ildən "Mançester Yunayted"də çıxış edən 26 yaşlı futbolçu keçirdiyi 152 oyunda 59 qola imza atıb.

Xəbər 1046 dəfə oxundu.