İtaliyalılar “İqtisadçı”dan çəkinir

“Biz ilk mərhələdə çox yaxşı oynadıq. Lakin rəqibi qiymətləndirməmək də düzgün deyil”. Bu fikirləri İtaliyanın “Yamamay” klubunun voleybolçusu Culiya Leonardi deyib. Busto Arsizio təmsilçisi CEV kubokunun 1/8 final mərhələsində Bakının “İqtisadçı” komandası ilə qarşılaşacaq. İlk matçda Fransanın “Le Kannet” klubunu mübarizədən kənarlaşdıran “Yamamay”ın 24 yaşlı liberosu Super Liqanın bürünc mükafatçı barədə fikirlərini açıqlayıb. Onun sözünə görə, “İqtisadçı” ilə matç çox çətin olacaq: “Birinci mərhələdə işimiz kifayət qədər asan oldu. 1/8 finalda “tələbələr” ilə oyundan başlayaraq, rəqiblərimiz daha fərqli olacaq. Bakı təmsilçisi çox güclü komandadır. Bu komandada sabiq “Yamamay”lı Alisa Blom kimi ulduz çıxış edir. Belə toppaylayıcısı olan klub təbii ki, çox güclü olmalıdır. Kimin mübarizəni davam etdirəcəyini söyləmək çox çətindir. Mərhələ adlayacaq, komanda daha güclü rəqiblə qarşılaşmaq hüququ qazanacaq”.
Qeyd edək ki, “İqtisadçı” ilk mərhələdə Rumıniyanın “Dinamo-Romprest” klubunu mübarizədən kənarlaşdırıb. 1/8 final mərhələsinin görüşləri isə 2012-ci ilin yanvarında olacaq.

Xəbər 999 dəfə oxundu.