Rəqib Xorvatiya və Kipr klublarıdır | |
“Bakı” və “Lokomotiv” qadın voleybol klublarının “Çelenc Cup”ın 1/16 final mərhələsində rəqibləri bəlli olub. İdman.com.az saytının məlumatına görə, yarışın debütantı olan “Bakı” növbəti mərhələdə Kiprin “Apollon” komandası ilə qarşılaşacaq. CEV kubokunun 1/16 finalında Türkiyənin “Qalatasaray” klubuna hər 2 oyunda uduzan (0:3) Limassol təmsilçisi, ilk görüşünü Bakıda keçirəcək. Ötən mövsüm “Çelenc Cup”ın finalına kimi irəliləyən “Lokomotiv” 1/16 finalda Xorvatiyanın “ZOK Split” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. CEV kubokunda Krasnodar “Dinamo”sunun mübarizədən kənarlaşdıraraq “aşağı divizion”a göndərdiyi rəqib ilk matçını evdə keçirəcək. Qeyd edək ki, “Çelenc Cup”ın 1/16 final mərhələsinin ilk oyunları gələn ilin yanvarının 10-12-də, cavab matçları isə 1 həftə sonra baş tutacaq. |
|
Xəbər 1142 dəfə oxundu. |
|
|