Sadıq Sadıqovun yuxusu gerçək oldu
Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Koper"i 2:0 hesabı ilə məğlub edən “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun yuxusu gerçək olub.

S.Sadıqov oyundan öncə “Futbol +” qəzetinə müsahibəsində "yuxuda görmüşəm ki, qələbə ilə qayıdırıq. İnşallah, belə də olar" söyləmişdi.

Klub prezidentinin hətta proqnozu da özünü doğruldub. S.Sadıqov komandasının 2:0 hesabı ilə qalib gələcəyini söyləmişdi ki, belə də olub. Beləliklə, Sloveniyada "Koper"i 2:0 hesabı ilə məğlub edən "Neftçi" III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Son Azərbaycan kubokunun qalibi növbəti mərhələdə "Bursaspor"u (Türkiyə) mübarizədən kənarlaşdıran Gürcüstanın "Çixura" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 31-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.

Xəbər 1002 dəfə oxundu.