"Çixura" "Neftçi"nin rəqibi oldu
Avropa Liqasının II təsnifat mərhələsində "Koper"i iki oyunun nəticəsinə görə üstələyən "Neftçi" klubunun növbəti rəqibi müəyyənləşib.

"Ağ qaralar" III təsnifat mərhələsində Gürcüstanın "Çixura" klubu ilə qarşılaşacaq.

Gürcüstan təmsilçisi II təsnifat mərhələsində Türkiyənin "Bursaspor" klubunu mübarizədən kənarlaşdırıb. Hər iki ölkədə baş tutan oyunda qapılara qol vurulmamışdı - 0:0. Penaltilər seriyasında daha dəqiq oynayan (4:1) "Çixura" klubu növbəti mərhələyə yüksələrək "Neftçi"yə rəqib olub.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 31-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.

Xəbər 837 dəfə oxundu.