“Bakı” sabiq futbolçusu “Botafoqo”da
“Bakı” klubunun sabiq futbolçusu Feliks Almeyda özünə yeni komanda tapıb. Özünü avrokuboklarda paytaxt təmsilçisinin bombardiri olmaqla göstərən braziliyalı karyerasını vətənində davam etdirəcək. Son vaxtlar Macarıstanda çıxış edən Feliks məşhur “Botafoqo” klubuna keçib. Vaxtilə Rai, Çiçinyo, Doni və onlarla digər ulduzu yetişdirən komanda indi “D” seriyasında mübarizə aparır. Feliksə ümidlər bəsləyən braziliyalılar onun karyerasına da toxunublar: “Feliks Portuqaliya, Rusiya və Azərbaycanın böyük olmayan klublarında da forma geyib”.

Xəbər 1014 dəfə oxundu.