PSJ "Milan"ın təklifini rədd etdi
İtaliyanın "Milan" klubu PSJ-nin hücumçusu Esekiel Lavezzinin transferi üçün Paris təmsilçisinə rəsmi təklif göndərib.

Fransa klubu bu təklifi rədd edib.

PSJ-nin baş məşqçisi Loran Blan 29 yaşlı futbolçunun komandada saxlayacaqlarını deyib. Lavezzinin də PSJ-də qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, argentinalı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə verib.

Xəbər 1034 dəfə oxundu.