Zidan ilk transferini etdi
Madrid "Real"ının ikinci komandası "Kastilya"nı çalışdıran Zinəddin Zidan ilk transferini edib.

Fransalı mütəxəssisin istəyi ilə ötən mövsüm AİK-də (Stokholm) oynayan Ero Markkaninlə müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı hücumçu Finlandiya millisində bir matçda iştirak edib.

Xatırladaq ki, Z.Zidan bu ilin iyununda "Kastilya"ya baş məşqçi təyin olunub.

Xəbər 875 dəfə oxundu.