"Qəbələ" "Konyaspor"a qarşı (YENİLƏNİR)
Hollandiyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.

"Qırmızı qaralar" Türkiyə superliqa təmsilçisi "Konyaspor"la üz-üzə gələcək.

"Konyaspor" bu axşam Bakı vaxtı ilə saat 22:00-da Hollandiyanın "Tvente" klubuyla qarşılaşacağından Türkiyə təmsilçisinin "Qəbələ" ilə oyuna ehtiyat heyətlə çıxcağı gözlənilir. "Qəbələ" - "Konyaspor" oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama matçında Hollandiyanın "Arnem" klubunu 4:0 hesabı ilə darmadağın etsə də, ikinci görüşündə "Az Alkmaar"a uduzub - 0:2.

23 iyul

Yoxlama oyunu

17:00. "Qəbələ" (Azərbaycan) - "Konyaspor" (Türkiyə)


Xəbər 859 dəfə oxundu.