“Zalsburq” “Qarabağ”la oyunun vaxtını açıqladı
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Zalsburq” – “Qarabağ” oyununun vaxtı açıqlanıb.

Bu haqda Avstriya klubunun saytı məlumat yayıb.

Bildirilib ki, təkrar oyun avqustun 6-da keçiriləcək. Matçın başlama saatı bu həftə təsdiqlənəcək.

Xatırladaq ki, Qol.Az saytının öncədən yaydığı xəbərə görə, bu komandaların Bakıdakı qarşılaşması iyulun 30-su, saat 20.30-da başlanacaq.

Xəbər 1056 dəfə oxundu.