Xames Rodriqes ictimaiyyətə təqdim edildi
"Real" yeni transferi Xames Rodriqesı ictimaiyyətə təqdim edib.

"Santyaqo Bernabeu" stadionunda keçirilən təqdimetmə mərasimində 44 min azarkeş iştirak edib.

X.Rodriqes altı illik müqavilə imzaladıqdan sonra bunları deyib:

"Bu gün xəyallarım gerçəkləşdi. Ümid edirəm ki, burada bir çox kubok qazanacam".

Xəbər 999 dəfə oxundu.