"Seltik" və BATE növbəti mərhələdə
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Təmsilçimiz "Qarabağ"ın "Valletta" ilə oyunu ilə yanaşı bu axşam daha doqquz görüş keçirilib.

Ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Albaniyanın "Skenderbeu" klubu öz meydanında Belarusun BATE klubunu qəbul edib. Bu görüşdə qeydə alınan 1:1 hesabı Belarus təmsilçisini növbəti mərhələyə yüksəldib.

Günün son qarşılaşması Şotlandiyada keçirilib. Burada yerli "Seltik" klubu İslandiyanın "Reykyavik" kubunu qəbul edib. Bu görüşdə 4:0 hesabı ilə qələbə qazanan Şotlandiya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin qalan görüşləri bu axşam keçiriləcək.







22 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları

20:30. “Sutyeska” (Monteneqro) – “Şerif” (Moldova) (İlk oyun -0:2) - 0:3
Qollar: Benson, 5 (0:1), Luvannor, 35 (0:2), İsa, 55 (0:3)
Qırmızı vərəqə: Vujoviç, 11 ("Sutyeska")

21:00. “Dudelanj” (Lüksemburq) – “Ludoqorets” (Bolqarıstan) – (İlk oyun – 0:4) - 1:1
Qollar: Bezçak, 51 (0:1), Turpel, 81 (1:1)

21:00. “Levadiya” (Estoniya) – ”Sparta” (Praqa, Çexiya) (İlk oyun – 0:7) - 1:1
Qollar: Mareçek, 38 (0:1), Teever, 68 (1:1)

22:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Santa Koloma” (Andorra) (İlk oyun – 1:0) - 2:0
Qollar: Zahavi, 62 (1:0), Ben Haim, 90 (2:0)

22:45. TNS (Uels) – “Slovan” (Slovakiya) (İlk oyun - 0:1) - 0:2
Qollar: Milinkoviç, 74 (0:1), 89 (0:2)

23:00. "Torşhavn" (Farer adaları) - "Partizan" (Serbiya) (İlk oyun – 0:3) - 1:3
Qollar: Vardum, 35 (1:0), Ninkoviç, 49 (1:1), Lazoviç, 75 (1:2), Qrbiç, 90+1 (1:3)

23:00. "Skenderbeu" (Albaniya) - BATE (Belarus) (İlk oyun - 0:0) - 1:1
Qollar: Oleknoviç, 28 (0:1), Radas, 67 (1:1)

23:00. "Jalqiris" (Litva) - "Dinamo" (Zaqreb, Xorvatiya) (İlk oyun – 0:2) - 0:2
Qollar: Soudani, 47 (0:1), Simuniç, 49 (0:2)

23:30. "Debrecen" (Macarıstan) - "Kliftonvill" (Şimali İrlandiya) (İlk oyun - 0:0) - 2:0
Qollar: Miheliç, 55 (1:0), Sidibe, 79 (2:0)

23:45. "Seltik" (Şotlandiya) - "Reykravik" (İslaniya) (İk oyun – 1:0) - 4:0
Qollar: Van Diyk, 13 (1:0), 20 (2:0), Pukki, 27 (3:0), 71 (4:0)




23 iyul

20:00. "Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tiflis, Gürcüstan) (İlk oyun – 1:0)

21:00. HİK (Finlandiya) - "Rabotniçki" (Makedoniya) (İlk oyun - 0:0)

21:00. “Ventspils” (Latviya) - "Malmö" (İsveç) (İlk oyun - 0:0)

22:30. "Styaua" (Rumıniya) - "Stromqodset" (Norveç) (İlk oyun 1:0)

23:00. "Maribor" (Sloveniya) - "Zrinski" (Bosniya və Hersoqovina) (İlk oyun - 0:0)

23:45. "Sent Patriks" (İrlandiya) - "Legiya" (Polşa) (İlk oyun - 1:1)

Xəbər 869 dəfə oxundu.