Kavani: "PSJ-dən ayrılmağı düşünmürəm"
PSJ klubunun hücumçusu Edinson Kavani komandadan ayrılacağı ilə bağlı yayılan iddialara cavab verib.

"El Observador"a danışan uruqvaylı futbolçu PSJ-dən ayrılmağı düşünmədiyini bildirib:

"PSJ-yə lazımlı futbolçu olduğumu hiss edirəm. Bu, çox önəmlidir. Klubunu tez-tez dəyişməyi sevməyən futbolçulardanam. Fransa çempionatı çox sürətlə inkişaf edir. Mən də komandadan ayrılmağı düşünmürəm".

Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-cü ildə "Napoli"dən PSJ-yə transfer olunub.

Xəbər 862 dəfə oxundu.