"Araz Naxçıvan" Ərzuruma gedir
Topaz Premyer Liqasının debütantı “Araz Naxçıvan”ın təlim-məşq toplanışının ikinci mərhələsini ölkə xaricində keçəcəyi dəqiqləşib. Naxçıvan klubu sabah Türkiyəyə gedir.

Komanda 10 günlük təlim-məşq toplanışını Ərzurumda keçirəcək. Hansı ki, bir müddət öncə “Xəzər Lənkəran” bu məkanda hazırlaşmışdı. Əsasən yoxlama görüşlərinə üstünlük veriləcyi toplanışda 4 görüş reallaşa bilər. Qeyd edək ki, “Araz Naxçıvan” Premyer Liqanın ilk turunda “Neftçi”ni qəbul edəcək.

Xəbər 872 dəfə oxundu.