Rodriqes "Real"da tibbi müayinədən keçdi
"Monako" klubunun futbolçusu Xames Rodriqes transfer olunacağı gözlənilən Madrid "Real"ında tibbi müayinədən keçib.

Bu barədə İspaniya mətbuatı yazıb.

Kolumbiyalı yarımmüdafiəçi ilə yaxın iki gün ərzində altı illik müqavilə imzalanacağı bildirilir. Onun Madrid klubunda on nömrəli forma geyəcəyi iddia edilir.

Qeyd edək ki, Kolumbiya millisinin hücumçusu X.Rodriqes 6 qolla "DÇ-2014"ün bombardiri olub.

Xəbər 833 dəfə oxundu.