Messi yenə birincidir
DÇ-2014-də "Tvitter" sosial şəbəkəsində ən çox haqqında danışılan on futbolçunun adı müəyyənləşib.

Siyahının ilk pilləsində Argentina millisinin hücumçusu Lionel Messi yer alıb. Braziliyalı Neymar ikinci, hollandiyalı Aryen Robben isə üçüncü olub.

Sosial şəbəkədə ən çox adı hallanan on futbolçu aşağıda adları qeyd olunanlardır.

1. Lionel Messi (Argentina)
2. Neymar (Braziliya)
3. Aryen Robben (Hollandiya)
4. Tim Hovard (ABŞ)
5. Xames Rodriqes (Kolumbiya)
6. Qilermo Oçoa (Meksika)
7. David Luis (Braziliya)
8. Robin van Persi (Hollandiya)
9. Tomas Müller (Almaniya)
10. Luis Suares (Uruqvay)

Xəbər 808 dəfə oxundu.