"Şaxtyor"da oynamağa risk etmək istəmirəm"
"Şaxtyor" (Donetsk) klubunun yarımmüdafiəçisi Dentinyo komandadan ayrılaraq vətəni Braziliyaya getməsinə münasibət bildirib.

Braziliyalı futbolçu "İnstaqram" sosial şəbəkəsindəki səhifəsində "Şaxtyor"da oynamağa risk etmək istəmədiyini yazıb:

"Avropada qalmaq qərarımız üçüncü şəxsin məsləhəti ilə olmayıb. "Şaxtyor"dan ayrılmaq qərarını isə özümüz ailəmizlə məsləhətləşdikdən sonra vermişik. Biz qorxuruq və həyatımızı təhlükə altına atmaq istəmirik. Oynamaq istəyirəm, ancaq risk etmərəm. Ümid edirəm ki, klub rəhbərliyi vəziyyətdən çıxış yolu tapacaq".

Xatırladaq ki, Fransada "Lion"la yoxlama oyunundan (1:4) sonra komandanın Cənubi Amerikadan olan 6 futbolçusu Ukraynaya dönməkdən imtina ediblər. Həmin futbolçuların Ukraynada münaqişəli vəziyyətin davam etməsi səbəbindən adı çəkilən ölkəyə getmədikləri bildirilir.

Xəbər 816 dəfə oxundu.