Branimir Subaşiç rəsmən “Manisaspor”da
Milli komandamızın sabiq üzvü Branimir Subaşiç yeni klubu ilə münasibətlərini rəsmiləşdirib.

Təcrübəli hücumçu Türkiyənin “Manisaspor” klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, əslən serbiyalı olan futbolçu ötən mövsümü Türkiyənin digər birinci liqa təmsilçisi “Orduspor”da keçirib.

Xəbər 923 dəfə oxundu.