Ulduz futbolçunun barmağı qırıldı
"Mançester Siti"nin futbolçusu Alvaro Neqredo uzun müddətlik sıradan çıxıb.

"Harts"la yoxlama matçında barmağı qırılan ispan hücumçunun üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, A.Neqredo ötən mövsüm "Mançester Siti"də 32 matçda oynayıb, 9 qol vurub.

Xəbər 846 dəfə oxundu.