Yeniyetmələr arasında I Dünya Çempionatı
24 - 27 iyul 2014-cü il tarixlərində ölkəmizdə ilk dəfə olaraq taekvondo üzrə Yeniyetmələr arasında I Dünya Çempionatı keçiriləcək.4 gün davam edəcək cempionatda 65-ə yaxın ölkədən 600-dək taekvondoçu mübarizəyə qoşulacaq.

Yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi,əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə Qəbələdə keçən təlim-məşq topnlanışı başa vurub.Komandamız çempionatda 18 idmançı ilə qatılacaq.Məşqçi heyəti mübarizəyə qoşulacaq yeniyetmə taekvondoçuların adlarını açıqlayıb.

Belə ki, çempionatda ölkəmizi oğlanlardan Məhəmməd Əlizadə (-33 kq),Xəyyam Qasımov (-37 kq),Akşin Abdulov (-41 kq),Həsən Həsənov (-45 kq),Ruslan Babayev (-49 kq),Qasım Aslanov (-53 kq),Nicat Musayev (-57 kq),İkram Hüseynov (-61 kq),Mehdi Tağıyev (-65 kq),Orxan Tağızadə (+65 kq), qızlardan isə Minayə Əkbərova (-29 kq),Sevda Pirseyidova (-33 kq),Nərgiz Mirzəyeva (-37 kq),Diana Hacıəliyeva (-41 kq),Aytən Süleymanova (-44 kq),Nuranə İbrahimova (-47 kq),Şəms İsayeva (-51 kq) və Rafaella Hüseynova (-55 kq) təmsil edəcək.

Qeyd edək ki,yarış Milli Gimnastiya Arenasında keçiriləcək.

Bu mötəbər yarış öncəsi Dünya Taekvondo Federasiyasının nümayiş komandasının iki gün ərzində paytaxtımızda nümunəvi çıxışları planlaşdırılmışdır.

İlk çıxış 22 iyul saat 20:30-da (Dənizkənarı Milli Parkda, Kukla Teatrının arxası), növbəti və sonuncu çıxış isə 23 iyul saat 20:30-da (Fəvvarələr meydanında) təşkil olunacaq.

- See more at: http://taekwondo.az/index.php?page=sp&id=301#sthash.9ZXsPHoM.dpuf

Xəbər 1813 dəfə oxundu.