Azyaşlı karateçilər Gürcüstandan yüksək nəticə ilə dönüblər
Gürcüstanın Poti şəhərində WKF qaydaları ilə 6 ölkənin qatıldığı 20-ci beynəlxalq turnirdə iştirak edən azyaşlı idmançılarımız uğurlu nəticə göstəriblər. Zəngilanın "Qızıl əlcək" idman klubunun məşqçisi Mayis Mədətovla Şəki karate idman bölməsinin məşqçisi Aqşin İbrahimovun yetirmələri 6 müxtəlif mükafat qazanıblar.

10-11 yaşlılarda Ruslan Qafarlı (-32 kq) yarışın qalibi, elə həmin yaş qurupu və çəki dərəcəsində Kənan Şahmirli ikinci pillənin, 8-9 yaşlı uşaqlar arasında Muğan Nəcəfli (+25 kq) və 12-13 yaşlılarda Azər Əhmədov (-45 kq) gümüş mükafatın, 8-9 yaşlıların mübarizəsində Elnur Zərbalıyev (-25 kq) və 10-11 yaşlılarda Əvəzağa Səfərov (-38 kq) üçüncü yerin sahibi olublar. Bundan başqa onların hər biri erməni idmançılarla tatamidən qalib ayrılıblar. R.Qafarlı ilə A.Əhmədov isə erməni rəqiblərinə xal vermədən böyük üstünlüklə qalib gəliblər.

Xəbər 1037 dəfə oxundu.