Kloze futbolçu karyerasını başa vurur | |
Almaniya millisinin və “Latsio” klubunun hücumçusu Miroslav Kloze gələn il futbolçu karyerasını başa vuracağını açıqlayıb. “Bild” qəzetinə açıqlama verən təcrübəli futbolçu 2015-ci ildə futbolu buraxacağını deyib. Almaniya millisi ilə DÇ-2014-ün qalibi və dünya çempionatlarının final mərhələlərində ən çox qolun müəllifi olan (16 qol) 36 yaşlı hücumçu yeni mövsümün sonu “Latsio”da karyerasını bitiricək. Qeyd edək ki, 2004/2007-ci illər “Verder”, 2007/2011- ci illər “Bavariya”nın formasını geyən Kloze “Latsio”da çıxdığı 99 matçda 40 qol vurub. |
|
Xəbər 807 dəfə oxundu. |
|
|