"Qızıl top" mükafatının Messiyə verilməsinin səbəbi açıqlandı
FİFA nümayəndəsi Jerard Houlyer "DÇ-2014"ün ən yaxşısı seçilən Lionel Messiyə "Qızıl top" mükafatının verilməsinin səbəbləri haqda danışıb.

O deyib ki, Argentina millisinin hücumçusu "DÇ-2014"ün ilk dörd matçında komandasının qələbə qazanmasında böyük pay sahibi olduğu və Hollandiya ilə görüşdə ilk penaltini qola çevirdiyi üçün bu mükafata layiq görülüb:

"Messini "Qızıl top"u qazanması narazılığa səbəb oldu. Ancaq buna etiraz edənlər yalnız onun Almaniya ilə final matçındakı çıxışını dəyərləndirirlər. FİFA isə Messinin "DÇ-2014"də bütün oyunlarını izlədikdən sonra bu qərarı verib".

Xəbər 783 dəfə oxundu.