“Sumqayıt” Özbəkistan klubuna qalib gəldi
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" qardaş ölkədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxıb.

Aqil Məmmədovun komandası Özbəkistanın "Bunyodkor"la klubu ilə qüvvəsini sınayıb.

Qarşılaşma təmsilçimizin qələbəsi ilə başa çatıb - 1:0.

Xatırladaq ki, bundan öncə "Sumqayıt" İran təmsilçisi "Perspolis"lə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.

20 iyul

Yoxlama oyunu

“Sumqayıt” - “Bunyodkor” (Özbəkistan) - 1:0
Qol: Məhəmməd Qurbanov

Xəbər 858 dəfə oxundu.