"Elfsborq"un kapitanı: "Bakıya qələbə üçün gedəcəyik"
Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində öz meydanında Bakı "İnter"inə 0:1 hesabı ilə uduzan "Elfsborq" klubunun kapitanı Yohan Larson oyunla bağlı fikirlərini açıqlayıb.
İsveç mətbuatına danışan Larson Bakıya qələbə üçün gələcəklərini bildirib:

"Məğlub olduğumuz üçün xoşbəxt ola bilmərəm. Doğma meydanda qələbə qazanmalı idik. Başqa deyəcəyim bir şey yoxdur. Cavab matçına gəlincə toparlanaraq səfərdə öz oyunumuzu nümayiş etdirməliyik. Bakıya qələbə üçün gedəcəyik və mərhələni keçməyə çalışacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 24-də Bakıda keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər 836 dəfə oxundu.