YDÇ-2014: Leyla Qurbanova gümüş medal qazandı
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə qoşulub. Yığma komandamız 3 çəkidə təmsil olunub. Güləşçilərimiz üçüncü yarış gününü 1 gümüş medalla başa vurub.

43 kq çəkidə mübarizə aparan Ülkər Babayeva ilk görüşdə Qazaxstan güləşçisini üstələsə də, yarımfinalda Yaponiya təmsilçinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Rusiya idmançısına məğlub olub və çempionatı 5-ci sırada tamamlayıb.

49 kq-da güləşən Leyla Qurbanova Monqolustan, Polşa və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə gərgin keçən görüşü uduzub və gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Leyla Qurbanova Nanjinqdə keçiriləcək yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.

43 kq
1/4 final - Ülkər Babayeva - Adema Kaliyeva (KAZ) 17:4
1/2 final - Ülkər Babayeva - Yui Susaki (JPN) 0:10
Bürünc medal görüşü - Veronika Qurskaya (RUS) - Ülkər Babayeva 6:0

49 kq
1/8 final - Narantsatsral Amgalanbaatar (MGL) - Leyla Qurbanova 2:4 (təmiz qələbə)
1/4 final - Anna Krol (POL) - Leyla Qurbanova 0:11
1/2 final - Leyla Qurbanova - Viktoriya Vaulina (RUS) 12:0
FİNAL - Kika Kagata (JPN) - Leyla Qurbanova 8:2

56 kq
1/8 final - Ləman Qurbanova - Ayşe Vatansever (TUR) 4:4*

Xəbər 875 dəfə oxundu.