Del Boske: "İstefa verməyəcəm"
İspaniya millisinin DÇ-2014-də uğursuz çıxışına baxmayaraq, komandanın baş məşqçisi Visente del Boskenin istefa vermək fikri yoxdur.

O deyib ki, qrup mərhələsində iki matçda uduzaraq mübarizəni dayandıqları üçün milli komandadan ayrılmayacaq:

"Son altı ildə bir çox uğur əldə etmişik. DÇ-2014-də iki matçda uduzduğumuz üçün istefa verməməliyəm. 2016-cı ilə qədər İspaniya millisində işləyəcəm. İspaniya Futbol Federasiyası da mənlə əməkdaşlığa davam etmək istəyir. Bundan sonrakı turnirlərdə birinci olmağa çalışacağıq".

Xəbər 884 dəfə oxundu.