Tahir Gözəl "Qarabağ"ı ziyarət etdi
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandanı ziyarət edib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda üzvləri ilə görüşən T.Gözəl Çempionlar Liqasının II təsnifat mərhələsinin "Valletta" ilə ilk oyundakı qələbə münasibəti ilə futbolçuları təbrik edib.

Klub rəsmisi komandaya inandığını və sona qədər dəstəklədiyini bildirib. O, "Qarabağ"ın növbəti tura çıxacağına əminliyini ifadə edib.

Xəbər 874 dəfə oxundu.