Abbas Ağalarovun xatirə turniri start götürdü

Dekabrın 8-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş ənənəvi yarış başlanıb. Turnirdə yerli idmançılarla yanaşı, Rusiya, Özbəkistan, Hindistan, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstan boksçuları iştirak edirlər. Yarışa dekabrın 11-də yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyası və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Masallıda komitənin 20 illik yubileyi ilə əlaqədar beynəlxalq yarış keçiriləcək. İştirak üçün Türkiyə, Rusiya, İran, Gürcüstan komandalarına dəvət göndərilib. Turnirdə 1993-1995-ci il təvəllüdlü dəri əlcək ustaları mübarizə aparacaq. Yarışın qaliblərinə 1000, gümüş mükafatçılara 500, bürünc medalların sahiblərinə isə 300 ABŞ dolları pul mükafatı veriləcək. Dekabrın 21-də başlayacaq turnirin final döyüşləri ayın 24-də olacaq.

Xəbər 1223 dəfə oxundu.