Elgün Əlizadə birinci oldu
Bu gün Veloparkda velosiped idmanının şose növü üzrə Açıq Bakı Kriterium yarışının 2-ci mərhələsi start götürüb. İlk mərhələsi bu ilin martında keçirilən yarışın ilk günündə Elit, U-23 və gənclər kateqoriyasında mübarizə aparan 25 velosipedçi iştirak edib.

Reqlamentə əsasən, idmançılar Velopark ərazisində hər biri 1500 metrdən ibarət 16 dövrə vurublar. 24 km məsafəni hamıdan tez 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndəsi, bu günlərdə İsveçrədə keçirilən Avropa çempionatında 12-ci yer tutan Elgün Əlizadə qət edib. Onun komanda yoldaşı Kənan Qəhrəmanlı 2-ci nəticə göstərib. ilk üçlüyü Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirməsi Ayxan İltifatlı tamamlayıb.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər. 2 mərhələdən sonra Kriterium yarışlarının ümumi sıralanmasına Elgün Əlizadə başçılıq edir. Qeyd edək ki, o martda keçirilən birinci mərhələnin də qalibi olmuşdu. Sabah 15 və 17 yaşadək velosipedçlər mübarizə aparacaq.

Xəbər 1008 dəfə oxundu.