Brendan Rodcers: "Suaressiz də qələbə qazanmışıq"
"Liverpul"un baş məşqçisi Brendan Rodcers Luis Suaresin "Barselona"ya transfer olunmasına münasibət bildirib.

O, uruqvaylı hücumçunun komandada ayrılması ilə heç bir şey itirmədiklərini deyib:

"Biz yenə də turnirlərdə uğur qazanmağa çalışacağıq. Luis Suaresə "Livepul"dakı yaxşı oyununa görə təşəkkür edirəm. O, möhtəşəm futbolçudur. Ancaq biz Suaressiz də qələbə qazanmışıq".

Qeyd edək ki, Suares "Barselona" ilə beş illik müqavilə imzalayıb.

Xəbər 787 dəfə oxundu.